120 metrlik nəhəng platforma Çanaqqala boğazından keçib
120 metrlik nəhəng platforma Çanaqqala boğazından keçib
23.03.2023 MEDİA Tərəfindən

Türkiyədə Çanaqqala boğazı nəhəng platformanın keçməsiylə əlaqədar hər iki istiqamətdə tranzit gəmilərin hərəkətinə bağlanıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Tekirdağ limanından Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi limanına gedən Panama bayraqlı, hündürlüyü 63 metr, qüllə hündürlüyü 120 metr olan "Aras Driller" platforması səhər saatlarında Mərmərə dənizi istiqamətindən Bosfor boğazına daxil olub. 

Qeyd edək ki, platformanın qüllələri "1915 Çanaqqala körpüsü"ndən keçə bilməsi üçün suya batırılıb və hündürlüyü 67 metrə endirilib.

Çanaqqala boğazı platformanın keçidi ilə əlaqədar hər iki istiqamətdə tranzit gəmilərə bağlanılıb. Boğaz təxminən 15 saat gəmi keçidlərinə bağlı saxlanacaq. 

120 metrelik dev platform Çanakkale Boğazı'ndan geçti

İlahə Əliyeva