Pakistanın humanitar yardım gəmisi Türkiyəyə çatıb
Pakistanın humanitar yardım gəmisi Türkiyəyə çatıb
23.03.2023 MEDİA Tərəfindən

Pakistan Hərbi Dəniz Qüvvələrinin humanitar yardım daşıyan ikinci hərbi gəmisi Türkiyənin Mersin Beynəlxalq Limanına çatıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, martın 11-də Kəraçi limanından yola düşən “PNS Moawin” gəmisi səhər saatlarında limana yanaşıb.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakət qurbanları üçün 2600 qış çadırı, ədyal və müxtəlif dəstək materialları daşıyan hərbi gəmidə, "23 Mart Pakistan Milli Günü" münasibətiylə Pakistan bayrağı dövlət himninin müşayiəti ilə qaldırılıb, daha sonra İstiqlal Marşı səsləndirilib. 

Pakistan'ın yardım gemisi Mersin Limanı'nda

Pakistan'ın yardım gemisi Mersin Limanı'nda

İlahə Əliyeva