Qənirə Paşayeva Millət vəkili
Millət vəkili Qənirə Paşayeva Leyla Əliyevanın şeir toplusunun təqdimatında çıxış edib

MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Leyla Əliyevanın şeir toplusunun təqdimatında çıxış edib.

16.04.2021
Türk dünyasının Zəngəzur dəhlizi - deputat Qənirə Paşayeva

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türk Şurasının qeyri-formal Zirvə görüşündə çıxış edərkən Azərbaycanın tarixi zəfərinin türk dünyası üçün önəmini vurğulayaraq, Vətən Müharibəsi, müharibəni qaçınılmaz edən səbəblər mövzusunda ətraflı danışdı.

02.04.2021
"Göyçədən Türk dünyasına" salam var - deputat Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda geniş çıxış edərək beynəlxalq təşkilatlara çağırış edib: "Sizləri Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda xoş gördük!

29.03.2021
Şuşada qalanan bayram tonqalından ömrümüzə düşən pay

Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 16 mart tarixində Şuşa şəhərinə səfəri Şuşanın, Qarabağın, ümumilikdə ölkəmizin həyatında daha bir əlamətdar hadisə oldu.

22.03.2021
İndi bütün yollar Qarabağdan keçir - deputat Qənirə Paşayeva

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular.

18.03.2021
Etibarlı, ciddi və uğurlu...- deputat Qənirə Paşayeva

Dəmir Yumruq Qarabağda yeni reallıq yaranıb. Azərbaycanla Ermənistan münasibətlərində yeni reallıq yaranıb. Bu reallıq bütövlükdə Qafqazdakı reallıqları müsbət məcrada dəyişib. Qafqazda yaranmış yeni reallıq Avrasiyanın siyasi-iqtisadi reallıqlar mənzərəsini dəyişdirib. Azərbaycanın

11.03.2021
"Ümid edirik ki, yaxın zamanlarda teatrlarımız yenidən öz qaynar dönəminə keçid edə biləcək"

Bugün Azərbaycanda Milli Teatr Günüdür. Azərbaycanda teatr sənəti qədim ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. XIX yüzilin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyət tariximizdə böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.

10.03.2021
ADİL QALİBİYYƏT - deputat Qənirə Paşayeva

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransından (26.02.2021) iki həftəyədək vaxt keçir amma o konfransda jurnalistlərin suallarına verilən cavablar, necə deyərlər, “Fevral tezisləri” hələ də müzakirə müstəvisindədir, çox yəqin ki müzakirələr qarşı günlərdə də davam edəcək. Biz də bu mövzuda yazılarla çıxış etmiş, öz müşahidələrimizi, fikirlərimizi bölüşmüşük. Bu yazıda cənab Prezidentin Ordumuzun qalibiyyəti, o qalibiyyətin fəlsəfəsi ilə bağlı dəyərləndirmələri, təqdirləri haqqında fikirlərimi bölüşmək istərdim.

09.03.2021
Dəmir yumruğun yaratdığı yeni reallıqlar - Qənirə Paşayeva

Ermənistanla Azərbaycan rəsmi sülh müqaviləsi bağlamayıb. Bizim aramızda diplomatik münasibətlər yoxdur. Ayrı-ayrı beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olsaq da, öz aramızda birbaşa münasibətlər qurulmayıb. Bunun da tək səbəbi Ermənistanın bitib-tükənməyən siyasi, hərbi təxribatlarıdır.

04.03.2021
Bir başqa 26 fevral...

Bizim nəslin, mənim və həmyaşıdlarımın gəncliyi, ictimai-siyasi fəaliyyəti hər ilin 26 fevralında... necə deyərlər, sönürdü – 28 il boyunca 26 fevrallarda çökürdük... Biz bizdən gücsüz, bizdən hər halı ilə balaca və məhz bizim tarixi torpaqlarımızda qurulmuş “dövlət” tərəfindən soyqırıma məruz qalmışdıq. Doğrudur, bu soyqırım Rusiyanın bədnam 366-cı motoatıcı alayının biləvasitə iştirakı və dəstəyi ilə baş tutmuşdu amma bütün hallarda məhz Ermənistan və onun Dağlıq Qarabağda bəslədiyi oyuncaq rejim “qalib ədası” ilə gəzir, məhz Ermənistan siyasi-hərbi rəhbərliyi açıq mətnlə Xocalıda mülki əhalinin qanına qəltan edilməsini “əsaslandırır”, “haqq” qazandırırdı... Bəs biz ötən uzun illər ərzində bu müsibətə necə dözdük, səbr etdik? – Əgər ən yığcam şəkli ilə ifadə etsək, haqqın nazilsə də, üzülməyəcəyinə inanaraq, müstəqil dövlətimizə, dövlətimizin apardığı hərbi quruculuq, intensiv xarici siyasət işinə, iqtisadiyyatımızın çiçəklənməsinə, dövlət-xalq birliyinə, xalq ruhunun cəsarətinə inanaraq, Ali Baş Komanadanımıza, Ordumuza inanaraq bugünə gəlib çıxa bildik...

01.03.2021
Qənirə Paşayeva pakistanlı deputatları Qarabağa dəvət etdi

Fevralın 24-də Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videogörüşü keçirilib. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva bildirib ki, Xocalı soyqırımı hər zaman bizim qəlbimizdə bir ağrıdır.

24.02.2021