Dünən Azərbaycan hakimiyyətinə yaxın internet resurslarından biri Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mühüm bir məlumatını yaydı. Agentliyin Şuşada çalışan əməkdaşları martın 15-də "İskander" raketinin üzərində 9М723 identifikasiya kodu olan qalıqlarını tapıblar. (link şərhdə)
Rəsmi Kiyev Qərb ölkələrini Ukraynanın şərqindəki münaqişənin alovlanmasının qarşısını almağa çağırıb. Son xəbərlərdən görünür ki, yaza doğru getdikcə Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi nəticəsində başlamış münaqişə aktiv fazaya keçəcək. Bu isə düşündüyümüzdən daha böyük və daha çoxşaxəli proses ola bilər.
Təzə fəaliyyətə başlayan Bayden administrasiyasının ABŞ xarici siyasətində etmək istədiyi dəyişiliklərin konturları görünməkdədir. Bunun Azərbaycana hətta birbaşa da olmasa, dolayı təsirləri özünü mütləq göstərəcək, çünki yeni siyasi kursun əksər hədəfləri bizimlə qonşu və həm də bu və ya digər dərəcədə əlaqəli olan ölkələrdir.
Bu başdan deyim ki, ABŞ daxili siyasətini diqqətlə izləsəm də özümü bu sahədə mütəxəssis saymıram. Lakin sualları nəzərə alaraq baş verənlərlə bağlı subyektiv fikirlərimi sizlərlə məmnuniyyətlə bölüşürəm.
Bir qədər əvvəl (dekabrın əvvəllərində) Avropa Birliyinin xarici əlaqələr komissarı Jozep Borrel bildirmişdi ki, Türkiyə və Rusiya Qarabağda da "astanizasiya" həyata keçirərək (Suriya ilə bağlı Astana anlaşması) həyata keçirirlər və Avropa Birliyini bu məsələlərdən kənarda qoyurlar.
Son günlərin hadisələri bir daha ictimai rəyin nə qədər önəmli və təsirli olduğunu göstərdi. Düzdür, bəzi dostlarımız ölkədəki ictimai rəyin hakim zümrə tərəfindən manipulyasiya olunduğunu və onun marağına uyğun yönəldildiyini iddia edirlər, amma bu, heç də təqdim olunduğu qədər sadə və birmənalı deyil.
Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz.
İndi ölkəni, onun iqtisadiyyatını bərpa etmək, pandemiyadan maksimum qorunmaq mərhələsi gəlir. Üstəlik də bütün çətinliklərə baxmayaraq azad edilmiş torpaqlarda həyat bərpa olunmalıdır. Sonuncu bizim üçün prioritet olmalıdır, çünki müharibənin davamı iqtisadi müstəviyə keçir.
Tehran yaxınlığında silahlı hücum nəticəsində İranın əsas nüvə fiziklərindən olan Möhsen Fəxrizadə qətlə yetirib. O, 2010-cu ildən bəri sui-qəsdə məruz qalmış nüvə fizikası sahəsində çalışan 6-cı İran alimidir.
Erməni lobbiçiləri indi də müxtəlif nəşrlərdə Azərbaycanın nəzarətinə keçən ərazilərdə erməni irsinin qorunmasının zəruri olmasını qabardırlar. Belə yazılar elə üslübda tərtib olunur ki, onları oxuyan az qala hər kəs qeyri-iradi azərbaycanlıların barbar olduğunu düşünür.
Son günlər hətta ermənilərə işləyən təbliğatçıların da Qarabağdan çəkib yaydıqları videolarda bir xətt aydın görünür: döyüşdüyü iddia edilən erməni "ordusu" başıpozuq dəstələr şəklində fəaliyyət göstərir. Bu isə artıq yeni məğlubiyyətlərin qaçılmaz olması deməkdir.