Şöhrət El-Dəniz Baş redaktor
Hər gün öldürülən "qorxulu" SEPAH generalları - VİDEO

Dünyanın ən varlı dilənçisi.

03.11.2026
Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında keçiriləcək görüşü “yeni Yalta” adlandırırlar

Çində noyabr ayının ortalarında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti keçiriləcək. Sammitə Rusiya və ABŞ Prezidentləri də qatılacaqlar. Rusiya Prezidenti Vladimir Putin 2017-ci ildən buy ana ilk dəfə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq samiitində iştirak edəcək. Sammit çətçivəsində Rusiya, ABŞ və Çin liderləri – Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş planlaşdırılır. Rusiyada bəzi şərhçilər Çindəki gələcək görüşü “yeni Yalta” adlandırıblar. Yəni rusiyalı ekspertlərin fikrincə, 3 böyük dövlətin lideri guya Çində dünyanın bölüşdürülməsini müzakirə edəcəklər.

02.11.2026
Prezident İlham Əliyev G20 Zirvəsinə dəvət alıb: Vaşinqton Bakını orta güc kimi görür?

ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevi Mayamidə keçiriləcək G20 Zirvəsinə dəvət edib. Məncə bu dəvət Trampın yeni dünya nizamında Azərbaycan üçün ayırdığı yeni mövqedir. Zirvə bu ilin əsas sammiti sayılır, çünki Tramp ona şəxsən ev sahibliyi edir və bütün əsas oyunçuları, hətta Putini də dəvət edib. G20-yə 19 dövlət və 2 birlik daxildir. Azərbaycan üzv deyil. Amma ənənəyə görə ev sahibi öz marağına uyğun qeyri-üzvləri dəvət edir. Tramp artıq Qazaxıstan və Özbəkistanı da dəvət edib. Yəni Mərkəzi Asiya və Xəzər regionu ABŞ-nin fokusundadır.

02.11.2026
Bunkerdəki kabus

İran təbliğat maşınının növbəti nağıl budur ki, guya İranın Ali Rəhbəri Müctəba Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb. Və Hörmüz boğazını, milli təhlükəsizliyi, "nə müharibə, nə sülh" vəziyyətini müzakirə ediblər.

30.10.2026
Sülh zəiflərin yalvarması ilə yox, güclülərin iradəsi ilə gəlir

Hazırda dünyada gedən müharibələri dayandırmaq mümkün görünmür. Ukrayna 4 il, Qəzza 2 ildir ki, od-alov içində, İranda, Yəməndə müharibənin sonu görünmür. Və bu fonda Cənubi Qafqazda Azərbaycan 30 illik müharibəni bitirdi, qalib gəldi və məğluba sülh təklifi etdi. Əslidə Bakının bu təcrübəsi dünyanın ən vacib və yeganə dərsliyidir.

29.10.2026
Niderland niyə yenidən Azərbaycanın qapısını döyür?

Prezident İlham Əliyevin Niderlandın xarici işlər naziri Tom Berendseni qəbul etməsi Avropanın mərkəzindən Cənubi Qafqaza uzanan yeni siyasi xəttin rəsmi təsdiqidir. Kopenhagendə başlayan söhbət Bakıda davam edirsə, deməli, ortada strateji hesab var. Çünki diplomatiyada detallar önəmlidir. Bu görüşün məhz ötən il Kopenhagendə Prezident Əliyev və Niderlandın sabiq baş naziri arasında aparılmış müzakirələrin davamı kimi təqdim olunması təsadüfi deyil.

27.10.2026
Ehsan Movəhhediyanın İran Diplomatiyasında Azərbaycan fobiyası

İranda bir qayda var. Daxildə problem çoxalan kimi, günahı Azərbaycanın üstünə atırlar. İqtisadiyyat çökür - Azərbaycan. Küçələrdə etiraz var - Azərbaycan. İndi də təzə bəhanə tapıblar. Sən demə biz Azərbaycan öz milli kimliyini dəyişir. Bu cəfəngiyyatın müəllifi isə hamımızın yaxşı tanıdığı qatı ermənipərəst, anti-Azərbaycan şərhçi Ehsan Movəhhediyandır.

25.10.2026
İranda İqtisadiyyat Nazirliyinin yerinə Mələk Nazirliyi yaradılır

Bütün dünyanın illərdir axtardığı sualın cavabı nəhayət ki, İranda tapılıb. Mollalar bahalıq niyə olur, inflyasiya nədir, dollar niyə qalxır suallarının cavabını müəyyən ediblər.

24.10.2026
Bakıya zəng böhranı həll edəcəkmi?

Nəhayət Ərdoğan prezident İlham Əliyevə zəng etdi. Rəsmi məlumatda deyilir ki, söhbət əsasında ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub, Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib. Təbii ki, rəsmi məlumat protokol cümlələrdən ibarətdir. Amma bu zəngin fonu protokol deyil.

23.10.2026
Paşinyan 907-cü düzəlişin ləğvində maraqlı deyil

Azərbaycan-Ermənistan sülh prosesi başlayanda hamı düşündü ki, Vaşinqton nəhayət 1992-ci ildən qalan utanc ləkəsini, 907-ci düzəlişi ləğv edəcək. Hətta Vaşinqton görüşündən sonra bu proses bir anlıq canlandı da. Ağ Evdən, Dövlət Departamentindən siqnallar gəldi ki, Tramp administrasiyası 907-ci düzəlişi ləğv etmək istəyir. Çünki ABŞ Cənubi Qafqazda yeni səhifə açmaq, Azərbaycanla enerji, tranzit, təhlükəsizlik sahəsində strateji tərəfdaşlığı gücləndirmək istəyir.

22.10.2026