Vüqar Bayramov Millət vəkili
Bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə 3 dəfə baha olacaq

Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar. CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq.

13.03.2023
Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini artırmaqdadır

İranın Azərbaycanın hava məkanını pozması bu ölkənin dövlətimizə qarşı təxribatlarını davam etdirməsi faktı olmaqla yanaşı, həmçinin regionda formalaşan çövrək düzəni pozmaq cəhdidir. Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribatçı fəaliyyətini genişləndirən Tehran digər tərəfdən Ermənistana dəstəyini də artırmaqdadır.

13.03.2023
Avro dollara nisbətən dəyər itirməkdədir: FED-in qərarları manatın məzənnəsinə necə təsir göstərəcək?

Federal Ehtiyatlar Sisteminin (FED) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. Belə ki, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir. Qeyd edək ki, bu ayın 21-22-də FED yenidən bir araya gələcək. FED yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır.

09.03.2023
Ermənistan Azərbaycanın gömrük rüsumundan yayınaraq 30 il ərzində milyardlarla dollar ziyan vurub

Ermənistanın Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərinə silah və sursatlar daşınması bir daha təsdiq edir ki, qısa zamanda sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə ehtiyac var.

06.03.2023
Qoşulmama Hərəkatına üzv olan dövlətlərdə il ərzində 15.0 tirlyon dollar yaxın ÜDM formalaşdırlır

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycanın sədrliyi dövründə Qoşulma Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadı.

04.03.2023
Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? - Detallı izahat

Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir.

01.03.2023
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur

Bu ilin ilk ayında Azərbaycana 119.1 min tursit gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur. Gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub.

27.02.2023
"Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz

Bu gün “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açması ilə bağlı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşının açıqlması ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab olaraq bildirmək istərdim ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir.

24.02.2023
Laçında gömrük məntəqəsinin yaradılması istiqamətində daha bir addım

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

20.02.2023
Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil on-layn, distant formaya keçdi.

17.02.2023
Zəlzələ nəticələri Azərbaycan Türkiyə iqtisadi əlaqələrinə necə göstərəcək?

Türkiyədəki zəlzələnin iqtisadi nəticələri ilə yanaşı qonşu ölkələr ilə ticari dövriyyəsinə təsirləri də xüsusi müzakirə olunur.

14.02.2023