İran polis qüvvələri Zəncan şəhərində bayram şənliyi keçirən vətəndaşlara hücum edib.
Bu barədə yerli mənbələr məlumat və videolar paylaşıblar.
Bayram şənliyinə toplaşanları rezin dəyənəklə döyən məmurlar, izdihamın dağılmadığını gördükdən sonra gözyaşardıcı qazdan istifadə ediblər.
Bir neçə nəfərin xəsarət aldığı və həbs edildiyi bildirilsə də, onların kimliyi barədə açıqlama verilməyib.
visiontv.az