Zelenski Putinin xəstəliyindən danışıb
Zelenski Putinin xəstəliyindən danışıb
29.06.2022 MEDİA Tərəfindən

Rusiya prezidenti Vladimir Putinin həqiqətən də böyük xəstəliyi var. Bu xəstəlik xalqımıza hörmətsizlikdən və ukraynalılara işgəncə verməkdən ibarətdir.

Bu barədə RBC-Ukrayna Amerikanın NBC telekanalına müsahibəsində prezident Vladimir Zelenskiyə istinadən məlumat verib.

"Düzünü desəm, Putinlə nə baş verdiyini bilmirəm. Amma mən inanıram ki, həqiqətən də o böyük bir xəstəliyə düçar olub. Ümumiyyətlə, bu, dediyiniz xəstəlikdən (xərçəng, - red.) daha çətindir. Bu, xalqımıza hörmətlə, işgəncələrlə bağlı bir xəstəlikdir. İndi çətin məqamdır və bu xəstəlik bir nəfərlə bağlı deyil. Rusiya Federasiyası Prezidentinin ətrafında çoxlu insanlar var ki, onlar da beynəlxalq hüquqa, insanların həyatına hörmətsizlik kimi xəstəliyə yoluxublar. Bu xəstəlik dövlətimiz üçün təhlükəlidir, qalan hər şey boşboğazlıqdır və çox da maraqlı deyil”, - Zelenski bildirib.

visiontv.az