Yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir
Yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir
29.03.2025 Elxan Şahinoğlu Tərəfindən

Nikol Paşinyan Ermənistan parlamentində bugünkü çıxışında “Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olur” deyərkən ölkəsinin üzləşə biləcəyi təhlükəyə işarə edib.

“Qarabağ hərəkatı davam etməməlidir” deyən Paşinyan parlamentdəki müxalifət təmsilçilərindən fərqli olaraq anlayır ki, bu “hərəkatın” davamı Azərbaycanla sülhə əsas əngəllərdən biridir. Sülh sazişi ilə “Qarabağ hərəkatı” bir araya sığmır. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra qonşu ölkədə “Qarabağ hərəkatı” fəaliyyətini davam etdirərsə, bu həmin sənədin əhəmiyyətsiz olacağına dəlalət edəcək. Belə çıxacaq ki, Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, digər tərəfdən qonşu dövlətdə ölkəmizin ərazisinə iddia edən “hərəkat” fəaliyyətini davam etdirəcək. Bu qarşıdurmanın davamı demək olacaq. Bunu anlayan və Azərbaycanla yeni müharibədən qorxan Paşinyan “Qarabağ hərəkatının” fəaliyyətini qadağan etməlidir.

Elxan Şahinoğlu

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8