XİN: Çin İsrail ordusuna icazəsiz İranın yüksək rütbəli rəsmilərini öldürməyə razılıq verilməsindən şoka düşüb
19.03.2026

Çin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hava hücumu nəticəsində öldürülməsini pisləyib, bunu "qəbuledilməz" adlandırıb.

 Çin  Xarici  İşlər  Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında Laricaninin ölümü ilə bağlı suala cavab olaraq bildirib ki, Pekin həmişə beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxıb.

“İran dövlət liderlərinin öldürülməsi və mülki hədəflərə hücum aktları qəbuledilməzdir”, - o vurğulayıb.

XİN sözçüsü İsrail müdafiə naziri İsrael Katzın “İsrail ordusu hər hansı yüksək rütbəli İran fiqurunu təsdiq tələb etmədən məhv etməyə səlahiyyətlidir” bəyanatından şoka düşdüklərini qeyd edib.

Çin Xarici İşlər Nazirliyi sözçüsü əlavə edib ki, belə açıqlamalar bölgədə gərginliyi artırır və beynəlxalq sabitliyə təhlükə yaradır.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, o və Baş nazir Benyamin Netanyahunun razılığı ilə İsrail ordusuna kəşfiyyat məlumatları və əməliyyat hazırlıqları tamamlandıqdan sonra hərəkət etməyə icazə verilib.

visiontv.az