“Xameneyi tərəfdarı mitinqlərin görüntüləri saxtadır”
17.03.2026

ABŞ prezidenti Donald Tramp İranda keçmiş ali lider Əli Xameneyi tərəfdarlarının kütləvi mitinqləri ilə bağlı yayılan görüntülərin saxta olduğunu iddia edib.

Trampın sözlərinə görə, videolarda meydanda təxminən 250 min nəfərin toplandığı və Xameneiyə güclü dəstək göstərdiyi təsvir edilsə də, bu görüntülər gerçək deyil.

ABŞ prezidenti bildirib ki, həmin görüntülər süni intellekt vasitəsilə hazırlanıb və əslində belə bir mitinq baş verməyib. Onun iddiasına görə, üç-dörd gün öncə yayılan bütün mitinqlər saxta olub və texnologiya vasitəsilə yaradılıb.

visiontv.az