Böyük Tehran zindanında məhbus olan azərbaycanlı fəal Ayaz Seyfxah səsli mesaj yayımlayaraq Urmu gölünün böhranlı durumu ilə bağlı xəbərdarlıq edib.
O, mesajında gölün Azərbaycan xalqı üçün həyati əhəmiyyətinə diqqət çəkib:
Urmu gölünün quruması təkcə ekoloji fəlakət deyil, həm də vətənimizin, mədəniyyətimizin və azərbaycanlı kimliyinin məhv olması deməkdir.
Ayaz Seyfxah hökumətin siyasətini də tənqid edib və bəyan edib: “Xalqın tələblərinə cavab olaraq, həmişə ekoloji problemləri təhlükəsizlik mədələdi kimi təqdim edib, siyasi damğa vurmaqla məsuliyyətdən yayınmağa çalışırlar”.
Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmi məlumatlarına görə, Urmu gölü tamamilə qurumaq ərəfəsindədir və 2025-cü ilin yayının sonuna kimi orada sudan əsər-əlamət qalmayacağı proqnozlaşdırılır. Ekologiya və mülki fəallar İran rəsmilərinin Urmu gölünün böhranına biganəliyi barədə dəfələrlə xəbərdarlıq ediblər; lakin indiyədək gölün xilası üçün heç bir təsirli tədbir görülməyib.
visiontv.az