“Türksat 6A” bu günə qədər bütün sınaqlardan uğurla keçib
16.10.2023

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, ilk yerli rabitə peyki olan Türksat 6A-nın bu günə qədər bütün sınaqlardan uğurla keçdiyini ifadə edərək, “Türkiyə əsrinin əvvəlində dünyada söz sahibi olmaq üçün kosmosda iz sahibi olmaqla bağlı əzmlə işimizə davam edirik” deyə bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, Türkiyənin peyk macərasının Türksat 1B ilə başladığı xatırladılaraq, “Türkiyə zaman keçdikcə bu sahədə böyük irəliləyiş əldə edərək, ilk yerli rabitə peyki olan Türksat 6A-nı istifadəyə verəcək. Türksat 6A rabitə peykimiz ölkəmizi dünyada rabitə peykləri istehsal edə bilən ilk 11 ölkədən birinə çevirəcək” deyə vurğulanıb.

Türksat 6A bugüne kadarki tüm testleri başarıyla geçti

İlahə Əliyeva