Türkiyə XİN: Bakı-Tiblisi-Qarsın yük potensialı 17 milyon tona qaldırılacaq
09.09.2025

Bakı-Tiblisi-Qars dəmiryolunun yük potensialı 2034-cü ilə qədər 17 milyon tona qaldırılacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının “Avrasiya konnektivliyinin gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.

Orta Dəhliz barədə danışan Dilmaç bu dəhlizin Avropa və Çin arasında ticarətin inkişafına gətirib çıxaracağını, Türkiyənin bu prosesdə mühüm rol oynayacağını vurğulayıb. O əlavə edilib ki, Orta Dəhlizin potensialının gücləndirilməsi üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ilə əlaqələrini daha da möhkəmləndirəcək.