Türkiyə və Fransa XİN rəhbərləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
03.04.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən Parisdə Fransa xarici işlər naziri Jan Noel Barrot ilə görüşüb.

Visiontv.az APA-ya istinadən    xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın iki dövlətin ərazi bütövlüyü və suverenliyinə hörmət etməklə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməlidir”.



Gündəlik

slide 7 to 10 of 8