Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
23.04.2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 23-də Milli Suverenlik və Uşaq Bayramı günü münasibətilə müxtəlif ölkələrdən Ankaraya dəvət olunan bir qrup uşaqla görüşüb.

TRT telekanalının ənənəvi beynəlxalq uşaq şənliyi proqramının iştirakçıları ilə türkdilli dövlətlərdən gələn uşaqlar Prezident  Administrasiyasının binasına milli geyimlər, musiqi alətləri və Türkiyə bayraqları ilə daxil olublar.

Dövlət başçısı rəqs edən və şeir söyləyən uşaqları alqışlayıb, bayramlarını təbrik edib.

Görüşə Türk Dövlətləri Təşkilatının  Ağsaqqallar Şurasının sədri  Binəli Yıldırım da qatılıb.

visiontv.az