“Türkiyə Əsri” yeni başlayır
Videonu Aç
27.02.2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Türkiyə Əsri yeni başlayır. Bizdən əvvəlki nəsillərin, bizim, bizdən sonraki nəsillərin yaşadığı əvvəlki Türkiyə dövrünü tamamilə bağlayırıq" dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, AK Partiya sədri prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Konqres Mərkəzində partiyasının Seçki Toplantısına iştirak edib.  

Prezident Ərdoğan deyib:

“İktidarlarda olduğumuz dövrlərdə əldə etdiyimiz demokratiya və inkişaf nailiyyətləri gələcək vizyonumuzun infrastrukturudur. Əsas işimiz bundan sonra başlayır. Türk Əsri yeni başlayır. Bizdən əvvəlki nəsillərin, bizim, bizdən sonrakı nəsillərin yaşadığı köhnə Türkiyə dövrünü tamamilə bağlayırıq. Təkpartiyalı faşizm, çevrilişlər, xuntaları, zülmü, koalisiyalar, böhranlar, qeyri-sabitliyin Türkiyənisini bir daha geri qayıtmamaq üzrə tarixin tozlu rəflərinə qaldırırıq. Artıq Türk Əsri dövrüdür. Allaha şükürlər olsun ki, Türk Əsrinin ayaq səsləri yüksək səslə gəlir.”

İlahə Əliyeva