Türkiyənin məşhur “Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı səhv aradan qaldırılıb.
Visiontv.az Olay.az - a istinadən bildirir ki, serialın ötən gün yayımlanan bölümündə dövlət sərhədlərimizdə Naxçıvan Muxtar Respublikası əlavə olunub.
Xatırladaq ki, 32-ci bölümdə Oktay Kaynarcanın oynadığı Cəzayir Türk obrazının ofisində asılan xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.
Əvvəl:
Sonra: