Tramp Vyetnam, Hindistan və İsrail ilə rüsumların yumşaldılması barədə danışıqlar aparır
05.04.2025

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının yumşaldılması məqsədilə Vyetnam, Hindistan və İsrail nümayəndələri ilə danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə "CNN" danışıqlarla tanış olan mənbəyə istinadla məlumat verib.

“Prezident Donald Tramp həmin ölkələrlə fərdi ticarət sazişlərinin imzalanması imkanlarını müzakirə edir. Bu razılaşmalar təklif olunan yeni tariflərin yumşaldılmasına kömək edə bilər”, - məlumatda deyilir.

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8