Amerika ötən gecə İranın dəstəklədiyi husilərə qarşı kütləvi hava hücumları təşkil edib və Tehrana xəbərdarlıq edib ki, Amerikanın terror təşkilatı hesab etdiyi qruplaşmaya dəstəyi dərhal dayandırsın.
Amerika prezidenti Donald Tramp bir müddət öncə Husilərə xəbərdarlıq etmişdi ki, gəmiləri hədəfə almaq və İsrailə raket zərbələri endirmək də daxil olmaqla bu tipli hərəkətlərini dayandırmasalar, “cəhənnəm sizin üzərinizə enəcək”.
Donald Tramp həmçinin İrana xəbərdarlıq edib ki, Husilərə dəstəyinə son qoymasa, Tehran “tam məsuliyyət daşıyacaq və biz yumşaq davranmayacağıq”.
Amerika prezidenti öz sosial media paylaşımında Husiləri "İran tərəfindən maliyyələşdirilən", Amerika və başqalarına qarşı "amansız quldurluq, zorakılıq və terror kampaniyası" aparan "alçaqlar" adlandırıb.
visiontv.az