Tokayev Ermənistanla qarşılıqlı səfərlər haqqında qanunu imzalayıb
15.10.2025

Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanla qarşılıqlı səfərlər və vətəndaşların qalma qaydası haqqında Qanunu imzalayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qanuna əsasən, hər iki ölkənin vətəndaşları üç aya qədər digər tərəfin ərazisində vizasız qala biləcək.