“The Times” qəzeti “İngiltərə niyə İran təhdidini ciddi qəbul etmir” başlıqlı hesabatında yazıb ki, Tehranın ABŞ və Britaniyada müxaliflərə qarşı sui-qəsd planları göstərir ki, Qərbin bu hökumətlə onilliklər boyu davam edən uzlaşma siyasəti əks nəticə verib.
Qəzetin yazdığına görə, Qərb ölkələri bu yanaşmanın bədəlini ödəməlidir. Nəşrin analitiki Milani Fillip məqalədə iranlı siyasi mühacir və jurnalist Məsih Əlinejada qarşı sui-qəsd törədənlərin Nyu-Yorkda mühakimə edilməsindən söz açaraq deyib ki, İran daim bu cür addımlar atıb.
“İran təhdidi yalnız ABŞ-la məhdudlaşmır. Tehran illərdir ki, Avropada müxaliflərə sui-qəsd proqramı həyata keçirir, onu həyata keçirmək üçün yerli quldur dəstələrinin üzvlərini və narkotik satıcılarını tutur”, - deyə, məqalədə vurğulanıb.
visiontv.az