Terrorizmə "sponsor"luq edən Ruben Vardanyan: Ermənilərin döymədiyi qapı qalmayıb
Terrorizmə "sponsor"luq edən Ruben Vardanyan: Ermənilərin döymədiyi qapı qalmayıb
29.03.2025 Bəybala Mirzəyev Tərəfindən

Erməni lobbi təşkilatları və din xadimləri (onlar əslində din yox, şər xadimləridir - B.M) Ukrayna və Azərbaycan ərazilərində separatçılıq və terrorizmə "sponsor"luq etmiş dələduz milyarder Ruben Vardanyandan ötrü yaxalarını cırmağa, dünya liderlərinə məktub yazıb onun həbsdən azad edilməsinə nail olmaq üçün timsah göz yaşları axıtmağa davam edirlər.

Döymədikləri qapı qalmayıb. Donald Trampdan tutmuş Roma Papası Fransiskə qədər hər kəsə müraciət ediblər (hərçənd ki, Papa indi Rubenin yox, öz canının hayındadır, ölüm ayağındadır).

Və budur, daha bir müraciət dünya mediasında tirajlanmaqdadır. Bu dəfə Böyük Britaniyanın Baş naziri Kir Starmerə müraciət olunub.

Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyan bir neçə din xadimi ilə birgə cənab K.Starmerə məktub yazıb, ondan Ruben Vardanyanın "əsir"likdən xilas edilməsi üçün səy göstərməsini xahiş edib.

Həmin məktub başdan ayağa saxta iddialardan, yalan-palandan ibarətdir. Görünən budur ki, erməni din xadimləri hamını aldatdıqları kimi İngiltərənin baş nazirini və ingilis xalqını da aldada biləcəklərini düşünüblər.

Ovakim Manukyanın öz yalanlarına Böyük Britaniyanın bəzi dini liderlərini də şərik etməsi təəssüf hissi doğurur.

Ancaq həmin din xadimlərindən fərqli olaraq Kir Starmer hazırda Azərbaycanda məhkəmə qarşısına çıxarılan ermənilərin və o cümlədən Ruben Vardanyanın “əsir” və ya “hərbi əsir” yox, separatçı və terorrist olduğunu yəqin ki, yaxşı bilir. Bu adamlar hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslər olaraq məsuliyyətə cəlb ediliblər. Ona görə də hazırda Bakıda davam edən məhkəmə prosesi günahsız təcavüz qurbanları olan azərbaycanlıların hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsinə xidmət edir.

Sözügedən 20-yə yaxın erməni separatçısına “əsir” və ya “hərbi əsir” donu geyindirib onların azad edilməsi çağırışları ilə K.Starmerə və digər dünya liderlərinə müraciət etmək sözsüz ki, növbəti erməni hiyləgərliyinin təzahürüdür.

Dünya liderlərindən isə həmin müraciətlərə demək olar ki, heç bir reaksiya yoxdur. Çox güman ki, Kir Starmer də Ruben Vardanyanla bağlı məlum müraciəti zibil qutusuna atacaq.

İngiltərə hökuməti Putinin keçmiş "çirkli pul" yuyucusu olan və separatizmi maliyyələşdirən Ruben Vardanyana görə Azərbaycan kimi etibarlı müttəfiqi ilə münasibətlərə hər hansı korrektələr etmək fikrində deyil.

Əslində, erməni "din xadimləri" müxtəlif dövlət və hökumət başçılarına yox, birbaşa Vardanyanın özünə məktub yazıb onu tövbə etməyə və Azərbaycan xalqından üzr istəməyə çağırmalıdırlar. Hərçənd ki, bu da real deyil. Çünki heç bir erməni katolikosu və keşişində bu qədər cəsarət və ədalət, insanlıq hissi yoxdur.

Heç Vardanyan da əsl insanlıq nümunəsi göstərməyə, Tanrı və azərbaycanlılar qarşısında tövbə etməyə tələsmir. Çünki ermənilərdə həqiqi Katarsis (arınıb-durulmaq, mənən təmizlənmək, islah olunmaq) ya heç vaxt baş vermir, yadaki çox gec təzahür edir.

P.S.

Hələlik isə R.Vardanyan bu məhkəmədən özüyçün maksimum xal yığmağa, piar olunmağa çalışır. Çünki onun ağlından günün birində Ermənistana "qəhrəman" kimi qayıtmaq və Paşinyana rəqib olmaq keçir. Lakin Vardanyanın bundan sonrakı taleyi onun özündən yox, Bakı Hərbi Məhkəməsinin qərarından asılıdır. Axı Tanrı heç bir cinayətkarı cəzasız buraxmır...

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8