Təbrizli ailə 5 ay mübarizədən sonra övladlarına Alpaslan adına sənəd ala bildilər
12.09.2024

Təbrizli körpə Alpaslan Ağayinin valideynləri 5 ay mübarizə və məhkəmə çəkişməsindən sonra övladlarına türk adına sənəd almağa nail olublar.

Bu barədə Alpaslanın atası Əhməd Ağayi məlumat yayıb.

O bildirib ki, İran Qeydiyyat İdarəsinin Şərqi Azərbaycan bölməsi övladına adının türkcə olduğu üçün sənəd verməkdən imtina edib.

"Bundan sonra məhkəməyə şikayət edərək uzun çəkişmələrdən sonra Alpaslan adına kimlik sənədi almağa müvəffəq olduq",- Ağayi ildirib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

visiontv.az