Təbriz və Binabda ekoloji problem- Ekofəallar etiraz etdi
12.11.2024

Şərqi Azərbaycan əyalətinin Təbriz və Binab şəhərlərində fəlaiyyət göstərən İstilik Elektrik Stansiyaları hər iki şəhərdə ekoloji problemin davam etməsinə və hava çirkliliyinin artmasına səbəb olub.

Bu barədə yerli ekogfəalların yaydığı məlumatda bildirilib.

Onların sözlərinə görə, vətəndaşların və ətraf mühit fəallarının İES-lərdə mazotdan istifadənin dayandırılması ilə bağlı müraciətlər cavabsız qalıb.

Əyalət rəhbərliyi bə İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.

Qeyd edək ki, iki gün əvvəl İran Prezidenti Məsud Pezeşkian Tehran, Kərəc və Ərak şəhərlərində İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadəni qadağan edən fərman imzalayıb.

Bu, Təbriz və Binab şəhərlərinin əhalisinin narazılığı ilə qarşılaşıb, onlar həmin qadağanın Azərbaycan şəhərlərində də tətbiq edilməsini tələb ediblər.

visiontv.az