Tailandın yeni rəhbəri bəlli oldu
19.03.2026

Tailand parlamenti Anutin Çanvirakunu ölkənin 33-cü baş naziri vəzifəsinə seçib.

Visiontv.az  News.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Sofon Saram məlumat verib.

Məlumata görə, hökumətin yeni rəhbərinin səlahiyyət müddəti 2026-cı ildən 2030-cu ilədək davam edəcək.

Çanvirakunun namizədliyini 293 parlament üzvü dəstəkləyib. Onun əsas rəqibi  Nattafonq  Ruanqpanyavut isə 119 səs toplayıb. Yerdə qalan 86 deputat bitərəf qalmağa üstünlük verib.

visiontv.az