Mariya Maçado 1967-ci il doğumlu, biznesmen ata və psixoloq ananın (daha əvvəl tennisçi) övladıdır. İlkin təhsili Katolik universitetində olub. Daha sonra ABŞ-da da təhsil alıb. Siyasətdə əvvəl ictimai fəaliyyət və xeyriyyəçiliklə məşğul olub.
2001-ci ildə Sumate təşkilatının üzvü kimi seçkiləri izləyib, Uqo Çavesin sərt tənqidçisi olub. Çaves isə onu dövlət çevirilişində və ABŞ ilə əlaqələrdə ittiham edib.
2010-cu ildə parlament seçkilərində namizəd və assambleyanın deputatı olub. Daha sonra prezident seçkilərinə hazırlaşıb. Çavesi iqtisadi böhranda, ölkınin beynəlxalq arenadan təcridində günahlandırıb. Qanunvericiliyin təcili liberallaşdırılması tələbi ilə çıxış edib.
2014-cü il ümumxalq etirazlarında əsas fiqurlardan biri olub. Maduro ilə danışıqlardan imtina edib, ilk dəfə onun hakimiyyətini diktatura rejimi adlandıran siyasətçi olub.
2023-cü ildə prezidentliyə namizəd olub, bütün Venesuelanı gəzib, əhali ilə görüşüb, praym-relizlərin hamısında qalib gəlsə də sonda adı seçki bülleteni salınmayıb. Daha sonra kütləvi ixtişaşlarda günahlandırılaraq 15 il müddətinə seçkilərdə iştirakdan məhrum edilib.
2024-cü il seçkilərində müxalif lideri dəstəkləsə də seçki nəticələrinə kütləvi saxtakarlıqlar və xaker hücumları olub.
"VENESUELANIN MARQARİT TETÇERİ" Maçado 1990-2001-ci illərdə ailəli olub və 3 övladı var.
Maraqlı faktlar:
■ Maria Maçadonnum əcdadları Latın Amerikası ölkəsinin tarixində mühüm rol oynayıb. Xose Tomaş Maçado Afanador müstəqillik uğrunda müharibədə vuruşmuş, qohumları Eduardo və Armando Blanko isə avtoritar hökmdarlara qarşı üsyanlar zamanı həlak olmuşlar.
■ Maçado Venesuelaya qarşı beynəlxalq sanksiyaları dəstəkləyib.
■ Venesuelalı siyasətçinin atasının metallurgiya şirkətləri Uqo Çaves hökuməti tərəfindən milliləşdirilib.
■ Maçado dəfələrlə naməlum şəxslərin hücumuna məruz qalıb. 2011-ci ildə 50 nəfərlik izdiham siyasətçiyə hücum etmiş və o, polis motosikleti ilə təxliyə edilmişdi.
■ 2012-ci il yanvarın 14-də Uqo Çaves Milli Assambleyada 9 saatlıq çıxış edir. Dövlət başçısı çıxışını yekunlaşdırdıqdan sonra karakaslı Maria Maçado söz alaraq siyasətçini korrupsiyada ittiham edir. ![]()
Fuad Şərifov
visiontv.az