SN: Uşaqlarda tənəffüs yolları allergiyalarına da rast gəlinə bilinir
06.03.2024

Allergik xəstəliklər genetikdir və müxtəlif yaş dövrlərində ortaya çıxa bilər.

APA  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tətqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib. Onun sözlərinə görə, ana südü ilə qidalanan uşaqlarda allergiyanın ilkin əlamətləri dərinin qızarması, qaşınma ilə müşahidə olunur və ilk vaxtlarda yanaqlarda görünür: 

"Bu ilk beş ildə təzahür edir və sonrakı illərdə allergiya bədənin digər nahiyələrində, aşağı ətraflarda da müşahidə edilə bilər".

Həkimin sözlərinə görə, uşaqlarda ilkin yaşlarda, həmçinin tənəffüs yolları allergiyalarına da rast gəlinə bilinir.

Yaz aylarında müşahidə olunan allergiya barədə danışan həkim deyib ki, bu cür hallarda xəstələrə küləkli, tozlu havada çox qalmamaq tövsiyə edilir.