Şirazda tələbə fəal Xosrov Bahadıri Qaşqayi zəmanətlə sərbəst buraxılıb
23.04.2024

Siyasi fəal Xosrov Bahadıri Qaşqayi təqribən 45 gün həbsdən sonra Şirazın Adilabad həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Qaşqay türk icmasına mənsub olan siyasi fəal, insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin yaydığı məlumata görə, cümə axşamı günü mülki zəmanət qarşılığında azad edilib.

Şiraz Universitetinin siyasi elmlər namizədinin “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək”-də ittiham edildiyi bildirilir.

Xosrov Bahadıri Qaşqayi mart ayının ilk həftəsində nəzarət altına alınıb və Şirazın Adilabad həbsxanasına göndərilmişdi.

HRA agentliyinin bildirdiyinə görə, o, nəzarət altına alındığı zaman İranın təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalıb.“Bahadırinin Şirazdakı evinə hücum edən təhlükəsizlik məmurları evin qapısını sındırıb və tələbə fəala zorakılıq tətbiq edərək onu saxlamışdılar,” agentlik bildirib.

visiontv.az