Simnanda 7 mədənçi həlak olub
09.04.2025

Aprelin 7-i axşam saatlarında İranın Simnan əyalətinin Damğan şəhərinin Mehmanduyə kəndində yerləşən daş kömür mədənində 7 mədənçi həlak olub.

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, işçilər zəhərli qaz sızması nəticəsində həyatlarını itiriblər.

Ölənlərdən üçünün iranlı, dördünün isə xarici vətəndaş olduğu biıdirilib.

İşçi hərəkatı fəalları hadisənin mədəndə təhlükəsizlik qaydalarının qorunmadığına görə baş verdiyini bildiriblər.

Qeyd edək ki, son 6 ay müddətində İranda 1077 işçi iş qəzaları nəticəsində həyatını itirib.

İran iş yerlərində təhlükəsizlik qaydalarının qorunmadığına görə dünya ölkələri arasında 102-ci yerdədir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8