SEPAH Pezeşkiana Müctəba Xameneinin ölüm xəbərini açıqlamağa icazə verməyib
16.07.2026

İran rejiminə yaxın bir anonim mənbə bəzi fars mediasına verdiyi məlumatda iddia edib ki, Müctəba Xameneinin ölümü ilə bağlı ictimaiyyətə veriləcək məlumatla əlaqədar Məsud Pezeşkiyan və SEPAH-ın bəzi yüksəkvəzifəli nümayəndələri arasında qapalı iclas keçirilib.

Mənbənin sözlərinə görə, iclas zamanı tərəflər arasında gərginlik pik həddə çatıb və Pezeşkiyan silahla hədələnib.

Mənbə iddia edir ki, bundan sonra hadisə ilə bağlı rəsmi informasiya siyasətinin formalaşdırılması və yayımlanacaq mövqenin müəyyənləşdirilməsi üçün xüsusi qərarlar qəbul edilib.

Həmin mənbə bildirir ki, baş verən hadisələrdən sonra Pezeşkiyan istefa vermək niyyətində olub, lakin ondan hələlik bu qərardan vaz keçməsi istənilib.

visiontv.az