Rusiyada 15 yaşlı yeniyetmə məktəbdə şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb
16.12.2025

Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən orta məktəbə hücum edən 15 yaşlı yeniyetmə olub. O, 10 yaşlı şagirdi bıçaqlayaraq öldürüb, mühafizəçini yaralayıb.

Cinayəti törədən yeniyetmənin həmin məktəbin 9-cu sinif şagirdi Timofey K. olduğu məlum olub.

Onun köynəyinin üzərində "Heç kimin həyatı vacib deyil" yazısı olub.

Hüquq-mühafizə orqanları yeniyetməni saxlayıb.