Rusiya şirkətləri IT sahəsində AZPROMO-nun konsepsiyasından yararlana bilər
30.03.2022

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) informasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün konsepsiya hazırlayıb və Rusiya şirkətləri bu konsepsiyadan yararlana bilər.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə tərəflər arasında innovasiya və texnologiyalar sahəsində əməkdaşlığı nəzərdə tutan sənəd imzalanıb və bu çərçivədə texnologiya şirkətləri fəal əməkdaşlıq edir.

"Rusiya innovasiyalarına Azərbaycan bazarında tələb var. Azərbaycanın bütün mağaza şəbəkələri Rusiya texnologiyaları ilə işləyir. Bundan başqa, kosmik fəaliyyət sahəsində əməkdaşlıq davam edir. Bu fəaliyyət ölkələrimiz üçün ümumdövlət əhəmiyyəti daşıyır", - M.Boçarnikov deyib.

Visiontv.az