İranın fars-molla rejimi yaşayış məntəqələrini faktiki olaraq sipər kimi istifadə edir, bir çox həssas idarə və strateji mərkəzləri isə şəhər mühitinin içərisində yerləşdirir.
Bu taktika bir neçə məqsədə xidmət edir: həm “insan sipəri” effekti yaradaraq psixoloji çəkindirmə formalaşdırır, həm hərbi, təhlükəsizlik və kəşfiyyat obyektlərini mülki infrastruktur arasında gizlədir, həm də mümkün hərbi zərbələr zamanı mülki itkiləri informasiya və təbliğat alətinə çevirir.
Beləliklə, vətəndaşların həyatı siyasi və media təzyiq vasitəsi kimi istifadə olunur. Məqsəd qarşı tərəfi beynəlxalq reaksiyadan və ictimai qınaqdan ehtiyatlanaraq hərbi addımlardan çəkindirməkdir.
Bu, “məzlumluq” üzərindən qurulan təbliğat strategiyasıdır: saxta mülki qurbanların görüntülərini qabartmaqla daxili və xarici ictimai rəyi yönləndirmək, məsuliyyəti öz üzərindən yayındırmaq və rejimi “qurban” kimi təqdim etməyə çalışır.
Sadiq İsabəyli
visiontv.az