Rəhmətullah Bəydili: Siz türk dilini təhqir edərək insanları qəzəbləndirirsiniz
29.03.2025

“Siz türk dilinii təhqir etməklə insanların narahatlığına, qəzəbinə səbəb olur, ölkəyə, millətə zərər verirsiniz!”

Bu sözləri Pezeşkiana yaxın siyasi fəal Rəhmətullah Bəydili İran prezidenti Pezeşkiana ictimai yerlərdə türkcə danışmamalı olduğunu söyləyən Abbas Axundiyə cavab olaraq deyib.

“Cənab Axundi, sizin kimi insanların türk dili haqqında belə danışmağı insanların narahatlığına və qəzəbinə səbəb olur, bu ölkəyə və millətə pislik gətirir. Millətin mədəniyyətinə, dilinə qarışmağı dayandırın və onları bu qədər qəzəbləndirməyin! Rəhbərlik sizin göstərişinizin əksinə olaraq çıxışlar edir, danışır, türkcə öyrənməyi tövsiyə edir. Rəhbərliyin türkcə danışdığı üç videosuna baxın və millətin mədəniyyətinə, dilinə qarşı davranışlarınızdan utanın!" - deyə Rəhmətullah Bəydili bildirib.

Qeyd edək ki, Abbas Axundi Urmu gölünə səfəri zamanı Pezeşkianın türkcə müsahibəsinə cavab olaraq onun türkcə müsahibə verməyə haqqı olmadığını və yalnız farsca danışmalı olduğunu demişdi.

Bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkian “Tehranda Təbriz mədəniyyət həftəsi”nin bağlanış mərasimində Şəhriyarın türkcə şeirini oxuyarkən onun türk dilində çıxış etməsinə mane olmaq cəhdləri olmuşdu.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən, ölknin rəsmi dövlət dili farsca olsa, bütün rəsmi yazışmaların bu dildə aparılması vurğulansa da, rəsmi danışıq və qeyri-rəsmi yazışmalarda qeyri-fars dillərdən istifadə qadağan edilməyib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8