Qrossi yenidən İranla bağlı xəbərdarlıq etdi
24.04.2024

Uranın atom bombası istehsal etmək səviyyəsində zənginləşdirməyə qədər İrana yalnız bir neçə həftə lazımdır

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi "Deutsche Welle"ə müsahibəsində deyib.

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran əldə etməsinə aylar deyil, həftələr qalır,- Qrossi bildirib.

O, bunun İranın qeyd olunan müddətdə nüvə slahı istehsal edib-etməməsi anlamına gəlmədiyini söyləyib.

Qeyd edək ki, iki gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Kərim Quddusi deyib ki, İran bir həftə ərzində nüvə silahını sınaqdan keçirə bilər.

visiontv.az