Qəzvində jurnalistin fəaliyyətinə qadağa qoyuldu
13.10.2025

Qəzvin əyalətinin Dövlət və İnqilab Pokurorluğu jurnalist Seyyid Mustafa Cəfərinin 6 ay müddətinə fəaliyyətinə qadağa barədə qərar verib.

Bununla bağlı yerli mənbələr məlumat yayıb.

Məlumata görə, azərbaycanlı jurnalist "yalan məlumatlar yaymaq" və "yerli hökumət rəsmilərini təhqir etməkd"də ittiham olunub.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl Seyyid Mustafa Cəfəri Qəzvin bələdiyyəsinin və başqa bir neçə qurumun fəaliyyətini tənqid edən yazılar yayıb.

O, bundan əvvəl də tənqidi yazılarına görə təqib və təzyiqlərlə üzləşib.

visiontv.az