Son 2 ay ərzində Qərbi Azərbaycan əyalətində iş qəzları nəticəsində 307 işçi ölüb və yaralanıb.
Bu haqda əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı Musa Ədibfər məlumat yayıb.
Onu sözlərinə görə, qeyd olunan müddətdə qəzalar nəticəsində 13 nəfər ölüb, 294 nəfər isə yaralanıb.
Ədibfər, ölüm və yaralanma hallarının çoxunun hündürlükdən yıxılma və bərk cismin dəyməsi nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, müstəqil həmkarlar ittifaqları və işçi hərəkatı fəalları Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini iddia edirlər.
Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamasını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.
visiontv.az