Medellin Kartelinin qurucusu və lideri, “kokainin kralı” Pablo Emilio Eskobar Qaviriya (1949-1993) 1980-ci və 1990-cı illərin əvvəllərində ABŞ-də kokain ticarətinə nəzarət edib. Narkotik satışından əldə etdiyi gəlirə görə o, 1989-cu ildə Forbes jurnalında dünyanın ən varlı yeddinci şəxsi elan edilmişdir...
O siyasətə atılmışdı. Deputat seçilmişdi. Kolumbiyanın prezidenti olmaq istəyirdi. Kasıblara səxavətlə pul səpələyirdi. Xəstəxanalar, məktəblər tikdirirdi. Yeni-yeni şəhərlər salırdı.
Son dərəcə qəddar adam idi. Ona xəyanət edənləri məhv edirdi. Bir şüarı vardır. Ya pulumu al, ya da gülləmi...
O, pulu banka qoymurdu. Ölkənin müxtəlif yerlərində gizlədirdi. Onun ölümündən sonra Kolumbiyada milyardlarla dollar aşkar edilib. Hələ də onun gizlətdiyi pulları axtaran var. Ehtimallara görə 10 milyard dollar it-bata düşüb...
Onun tərəfdarları çox idi. Ancaq düşmənləri də az deyildi. Öldürdüyü adamların yaxınları ondan intiqam almaq üçün xüsusi dəstələrdə bir araya gəlmişdilər.
Bəllidir ki, o, qızı ilə dağlarda gizlənməyə çalışarkən uşağa soyuq olur. Uşağı qızdırmaq üçün 2 milyon dolları ocağa atıb.
Amerikanın təkidi ilə o, həbs olunmalı idi. Buna görə də o, Kolumbiya rəhbərliyi ilə anlaşdı. Özünə şəxsi həbsxana tikdirdi. Daha çox qalaya bəzəyən həbsxanada o, öz bildiyini edirdi. İnsanları güllələyirdi, müqavilələr bağlayırdı...
Ən maraqlısı o idi ki bütün təzyiqlərə baxmayaraq onun dəfn mərasimində 25 min insan iştirak edib...
Bəli, o, qatil idi, minlərlə insanı məhv etmişdi. Eyni zamanda o, yüz minlərlə insana maddi dəstək vermişdi. Elə kasıblara səxavətlə pul xərclədiyinə görə o, əfsanəyə döndü. İndi də turistlər, xüsusən narkoman turistlər Kolumbiyaya ona görə gedirlər. Onun məzarı ziyarətgaha dönüb...
Elbəyi Həsənli
visiontv.az