Qarlı havada 179 nəfər xəsarət alıb
24.02.2025

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 89-u qadın, 90-ı kişi olmaqla, 179 nəfərin müraciəti qeydə alınıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBIB-dən bildirilib.

"Onlardan 171 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 8 nəfərə yerində yardım olunub", - məlumatda qeyd edilib.



Gündəlik

slide 7 to 10 of 8