Prokurorluq erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı minalarla bağlı araşdırma aparır
04.10.2022

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Baş Prokurorluqdan Visiontv.az-a verilən məlumata görə, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.