SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Kürdəmir rayonunun Cəyli kəndində 36 il istismarda olan qaz xətləri yenisi ilə əvəzlənir.
Görülən işlər abonentlərin qaz təchizatının yaxşılaşdırılması, payız-qış mövsümündə yaranan problemlərin qarşısının alınmasına hesablanıb. Vaxtı ilə pərakəndə şəkildə çəkilən, hazırda korroziyaya uğrayan qaz xətlərinin əvəzlənməsi Birliyin Təmir-Tikinti İdarəsinə həvalə edilib. Uzunluğu 15 min metr olan çəkiləcək yeni qaz xəttinin icrası üçün çox sayda işçi qüvvəsi və maşın-mexanizmlər əraziyə cəlb olunub.
Daha ətraflı video materialda:
Visiontv.az