Növbəti köç Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib
17.12.2025

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Visiontv.az-a verilən xəbərə görə, dekabrın 17-də Qırmızı Bazar qəsəbəsinə köçürülən 90 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç Xocavəndin Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib- YENİLƏNİB  - FOTO