Niyamdan şikayətlərə cavab: "25 manatı Niyama xərcləmək istəmirsiz?"
14.07.2023

Müğənni Niyam Salaminin işlətdiyi, Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə paylaşılaraq, müzakirələrə səbəb olmuşdu.

Visiontv.az BAKU.WS-a istinadən xəbər verir ki, sənətçi məkanında ümumi hesabın 25 faizinin xidmət haqqı kimi tutulması barədə tənqidlərə restoranında çıxış edərək cavab verib.

"Bura gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansamblla canlı ifalar təqdim edəcəyəm. Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?", - Niyam bildirib.