Müasir dövrün ən ciddi problemi: Silahların daha güclü, faciələrin daha çox olması
12.03.2026

"Müasir dövrün ən ciddi problemi silahların daha güclü, daha sürətli və daha çox olmasıdır. Buna görə faciələr də çox baş verir".

Bu sözləri Türkiyənin  Ankara Sosial Elmlər Universitetinin professoru Barin Kayaoğlu "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu problemlərə qarşı mübarizə aparmaq baxımından Qlobal Bakı Forumunun gördüyü iş çox qiymətlidir:

"Biz təkcə müharibələri deyil, həm də insanlığa uzunmüddətli təsir göstərə biləcək problemləri müzakirə edirik. Ətraf mühit, iqlim və pandemiyalar kimi mövzuların müzakirəsi baxımından dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirən Qlobal Bakı Forumu kimi tədbirlər çox qiymətlidir".

visiontv.az