Mollalar Ermənistana silah, Azərbaycana isə narkotik daşıyırlar...
Mollalar Ermənistana silah, Azərbaycana isə narkotik daşıyırlar...
07.04.2024 Bəybala Mirzəyev Tərəfindən

İranla bağlı iki xəbər diqqətimi cəlb etdi.

Birinci xəbərdə bildirilir ki, İran Hava Yollarına məxsus "Boeing" yük təyyarəsi Ermənistana aktiv şəkildə silah daşıyır. Fikir verin, təyyarə molla rejiminin bəyənmədiyi və “şeytan yuvası” adlandırdığı ABŞ-ın istehsal etdiyi təyyarədir. İçində daşınan silahlar isə Fransa və Hindistanın istehsal etdiyi silahlardır. İran isə bu kirli və murdar oyunda vasitəçi, ötürücü, daşımaçı rolunu icra edir...

İkinci xəbərdə isə deyilir ki, İrandan Azərbaycana 19 kq narkotik keçirilməsinin qarşısı alınıb.

Nə xoş ki, alınıb.

Əslində narkotik də öldürücü silahdır. Bu mənada İran hər iki ölkəyə silah daşıyır. Və bu silahların ikisi də Azərbaycan xalqına qarşı yönəlib. Molla rejiminin hədəfi bizi həm adi silahlarla, həm də narkotiklərlə məhv etməkdir.

Lakin “bumeranq effekti” deyilən bir anlayış da var. Bu kimi mürtəce əməllər sonda molla rejiminin öz əleyhinə işləyəcək.

P.S.

Yeri gəlmişkən, 44 günlük müharibə zamanı və sonrakı dövrdə İranın Xankəndidəki separatçılar üçün daşıdığı silahlar və döyüş texnikaları indi Bakının Hərbi Qənimətlər Parkında “dincəlir”...

Bəybala Mirzəyev

visiontv.az