Millət vəkili BƏƏ-ni “ciddi nəticələrlə” hədələdi
13.07.2026

İran parlamentinin üzvü İsmayıl Kövsəri BƏƏ-ni ABŞ-nin İrana qarşı son hücumlarında əməkdaşlıq etməkdə ittiham edərək, bunun “ciddi nəticələri” olacağını bildirib.

“Fars” xəbər agentliyinə müsahibəsində Kövsəri iddia edib ki, Birləşmiş Ərəb Əmirliyi ABŞ əməliyyatları üçün təkcə öz hərbi bazalarını deyil, həm də logistik dəstəyini verib. Onun sözlərinə görə, bu cür addımlar İran üçün “qırmızı xətt” hesab olunur.

Deputat əlavə edib ki, İran Silahlı Qüvvələri Baş Qərargahının mövqeyinə əsasən, İrana qarşı hücumların həyata keçirilməsi üçün istifadə edilən istənilən ərazi qanuni hərbi hədəf sayılacaq. O bildirib ki, neft-qaz infrastrukturu və nəqliyyat şəbəkələri də mümkün cavab tədbirlərinin hədəfinə çevrilə bilər.

O, BƏƏ-ni “bu təhlükəli addımları dayandırmağa” çağıraraq, əks halda ölkənin infrastrukturunun sərt cavabla üzləşəcəyini iddia edib.

visiontv.az