Sosial media üzərindən yazdığım qeydlər.
Putin MDB-nin tədbirində Paşinyana sual verir ki, bizim bu il ticari dövriyyəmiz nə qədər olub. Paşinyan da deyir 4 milyard dollar. Putin razlaşmır deyir bir az qalx. Baş nazir bu dəfə 9 milyard deyir. Putin deyir yox, bir az da qalx. Amma Paşinyan rəqəmi qaldırmaq istəmir. Putin bildirir ki, keçən il Ermənistanla dövriyyəmiz 11,7 milyard dollar olub. Bu il daha da artacaq.
Sual. Paşinyan niyə real rəqəmləri demək istəmədi?
Çünki Baş nazir bir yandan deyir Ermənistan Avropaya inteqrasiya olunur, digər yandanda sanksiya altında olan Rusiya mallarını əl altdan Avropa bazarlarına çıxardıb pul qazanır. Yəni ABŞ və Avropa Birliyinin Ukrayna ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyalarını pozur. Bu isə onun ABŞ və Avropada özü üçün yaratdığı "demokrat" imicinə bir başa zərbədir. Ona görə də Putinin təkidli qiymət tələbinə müqavimət göstərdi.
P.S. Paşinyan bilir ki, 2-3 kamaz əriklə dövriyyəni 11 milyard dollara qaldrımaq mümkün deyil.
***
Bizim siyasi şərhçilər dünəndən sual verib, baş sındırırlar ki, Putin - İlham Əliyev görüşü hansı tərəfin təşəbbüsü ilə baş tutacaq? Bu günkü görüş bu suala cavab verdi.
Putinin müzakirəyə AZAL-ın təyyarəsinin vurulması ilə başlaması, çıxışlarında daha çox üzürxahlıq elementlərinin çoxluq təşkil etməsi və Rusiya dövlətinin əsas xəbər agentliyi olan TASS-ın bu mövziyla bağlı demək olar ki, detallı məlumat yayması göstərir ki, görüş məhz Putinin təşəbbüsü ilə olub. Məqsəd münasibətləri normaya salmaqdır. Görünür Putin anladı ki, biz Rusiyasız da yaşaya bilirik özü də çox yaxşı yaşayırıq. Və Rusiya Azərbaycana lazımlı ölkə olsa da onsuzda keçinmək mümkündür. Amma Azərbaycan Rusiyaya daha çox lazımdır. Ona görə də Putin vəziyyəti düzəltməyə çalışır. Təbii ki, münasibətlər düzələcək. Amma ruslar etibarlılıq limitini çox xərclədilər.
P.S. Putinin bu mövzuda danışarkən günahkarlara xas olaraq tez-tez qurcuxması da diqqətimi çəkdi)). Videoda daha aydın hiss olunur.
***
Putin İlham Əliyevlə görüşdə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha səmimi başsağlığı verib. Putin ilk gündən üzr istədiyini və “həlak olanların ailələrinə səmimi başsağlığı verdiyini” xatırladıb: “Bütün bunları təkrarlamaq, bir daha demək və demək istərdim ki, biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqa hər cür köməklik göstəririk”,
***
Putin İlham Əliyevlə söhbətə Azərbaycan-Rusiya əlaqələrinə problem yaradan AZAL təyyarəsinin vurulması ilə bağlı yaranan gərginliyə aydınlıq gətirməklə başlayıb: “AZAL təyyarəsinin vurulması ilə bağlı kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”.
***
Rusiyanın Orta Asiya və Cənubi Qafqaza qarşı yürütdüyü sərt bəzi hallarda isə təcəvüzkar siyasəti fonunda Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası heç də hamar keçməyəcək. Putinin cavab verməli olduğu çoxlu suallar var.
Prezident İlham Əliyev artıq Düşənbədədir.
***
Bişkekin azərbaycanlı vitse-meri Ramiz Əliyevin yaxşı fəailiyyəti barədə süjetə baxdım. Uğurlu işlərlə məşğuldur. Təbii ki qürrələndim.
Ümumiyyətlə feysbukda başqa ölkələrdə yaşayan, işləyən məmur azərbaycanlılar barədə kifayətə qədər xoş yazılara, videolara tez-tez rast gəlirəm. Və fikirləşirəm ki, niyə biz azərbaycanlılar xaricidə camaat üçün işləyən, qayğısına qalan, dövlətə xeyir verən, baş ucalığı gətirən məmur ola bilirik, amma öz ölkəmizdə yox?
Bu sualın cavabını bilən var?
***
Bizim bəzi siyasi şərhçilər Köçəryan və Sarkisyanı lap qəhrəman ediblər. Başa düşdük Paşinyan məğlub liderdir. Amma həm də İlham Əliyevin bütün şərtlərini yerinə yetirən, Azərbaycan və Türkiyə ilə sülh istəyən bir baş nazirdir. Pasinyan həm də ermənilərin 100 illərdir uydurduğü "Böyük Ermənistan" nağıllarını ifşa edib millətinə yedizdirəcək qədər güclü bir siyasətçidir. Hansı ağılla Xocalı qatilləri olan Köçəryan və Serj Sarkisyanı Pasinyandan daha güclü, ağıllı lider hesab edirlər anlamıram. Kreml və Tehran Ermənistanda Xocalı qatillərinə yaşıl işıq yandıran kimi, bizdə də bəziləri onları dahi lider hesab etməyə başladı.
P.S. İki günə durum ayağa bu barədə geniş bir reportaj hazıpayacam. Evdə oturub gic-gic şərhlərə qulaq asmaq da bir problemdir.
***
Xəstəliyimlə bağlı işə çıxa bilmirəm. Ürəyim partlayır. Ölkədə və ətrafda maraqlı prosesslər baş verir yazıb deyə bilmirəm. Bu gün həkim dedi iki gündə döz müalicən bitsin sonra yenə qızışarsan növbəti xəstəliyə qədər))
P.S. Özünüzü qoruyun çox pis virusdur. Həkim deyir mövsümü xəstəlikdir. Amma dodağının altından da hansısa virusdan danışırdı.
***
Köçəryan Moskvada Putinin yeni Qafqaz canişini Kiriyenko ilə görüşdən qayıdan kimi Pasinyana qarşı sərt hücuma keçib. Görünən o ki, Köçəryan Kremli inandıra bilib ki o, hələ də onlara lazımi xidməti göstərə bilər. Kreml də Paşinyana qarşı hazırladığı bütün iyrənc planları görünür onun əli ilə həyat keçirməyə çalışacaq.
P.S. Bildiyim qədəri Köcəryan Azərbaycanda Xocalı soyqırımında iştirakda ittiham edilir. Və onun yeri Əsrin məhkəməsində ittiham edilənlər sırasındadır. Paşinyan bu barədə düşünsə ağıllı iş görmüş olar.
Şöhrət El-Dəniz
visiontv.az