Məhkəmə vəkili həbs edilib
07.05.2024

Tehran şəhəri prokurorunun 10 il əvvəl etdiyi şikayətlə məhkəmə vəkili həbs edilib.

Vəkil Mustafa Türk Həmədani Tehran şəhərinin keçmiş prokuroru və Əhalinin Sosial Müdafiə Təşkilatının keçmiş sədri Səid Mürtəzəvinin 10 il əvvəl şikayətinə əsasən həbs olunub. 

Xatırladaq ki, Səid Mürtəzəvi vəzifədə olduğu müddətdə küllimiqdarda korrupsiya, işkəncə və digər cinayətlərdə ittiham olunaraq 2013-cü ildə həbs edilib və bir müddət sonra azad olunub. 

Həmin ildə Mustafa Türk Həmədani, 2 digər həməkdaşı ilə birgə hüquqları pozulmuş bir sıra fəhlələrin tərəfindən ona qarşı şikayət etmişdir.

Səid Mürtəzəvi həmin vaxt barəsində “həbs qərarından əvvəl adının hallandırılması” ittihamı ilə vəkilə qarşı şikayət edib. 

Vəkil 10 il əvvəkli şikayətə əsasən təzəcə qət edilmiş 91 günlük həbs müddətini çəkmək üçün dünən mayın 5-də özünü Tehran şəhəri Evin Həbsxanasına təqdim etməli olub. 

Mustafa Türk Həmədani həbsə alınmasından əvvəl “X” sosial şəbəkəsində yazıb: “həbs olunmamaq üçün dostlarımın köməyi ilə bütün qanuni cəhdlərimi elədim, lakain mümkün olmadı".

Siyasi aktivist Məhəmməd Mühaciri vəkilin həbs olunması barədə öz Teleqram hesabında reaksiya göstərib.

“Şikayətin bir tərəfində Səid Mürtəzəvi dayanır, digər tərəfində həbs edilmiş şərafətli bir vəkil”-  Mühaciri vəkilin azad olunması tələbi ilə yazıb.

visiontv.az