Noyabrın 11-i səhər saatlarından başlayaraq İranın 54 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Aclıq aksiyası 94-cü dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1300-dən çox məhbus edam edilib, onlardan 39-u qadındır.
visiontv.az